"Qolden Boy"a namizədlər

15.08.2022 19:30 386
Dünya futbolu
"Qolden Boy" mükafatının 2022-ci il üçün namizədləri açıqlanıb.

Football-plus.az xəbər verir ki, Avropanın ən yaxşı gənc futbolçusu adına iddialıların siyahısında 60 oyunçu yer alıb.

Namizədlər arasında: Kərim Adeyemi, Cud Bellinqem (hər ikisi "Borussiya" D), Eduardo Kamavinqa ("Real" M), Pedri, Ansu Fati, Qavi (hamısı "Barselona"), Karni Çukvuemeka ("Çelsi"), Harvi Elliott ("Liverpool"), Hüqo Ekitik, Nuno Mendes (hər ikisi PSJ), Antoni Elanqa ("Mançester Yunayted"), Rayan Qravenbex, Camal Musiala (hər ikisi "Bavariya") var.

Qeyd edək ki, mükafat 21 yaşdan kiçik oyunçular üçün nəzərdə tutulub. Titulun son sahibi "Barselona"nın yarımmüdafiəçisi Pedridi.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul