"Qarabağ"da itki

9.10.2022 17:27 420
Premyer-liqa
Misli premyer-liqasında 9-cu turun oyunları keçirilir.

"Qarabağ" "Qəbələ"nin qonağıdı. Oyunun 26-cı dəqiqəsində ağdamlılar itki ilə üzləşib. Komandanın yarımmüdafiəçisi Leandro Andrade zədələnib və meydanı tərk edib. Onu İsmayıl İbrahimli əvəz edib.

Qeyd edək ki, hazırda davam edən matçda hesab açılmayıb.