De Byazi AFFA-ya təşəkkür etdi

5.10.2022 22:05 363
Yığma
Azərbaycan millisinin baş məşqçisi Canni de Byazi sosial şəbəkə hesabında paylaşım edib.

O, şəxsi "feysbuk" profilində AFFA-ya təşəkkürünü bildirib:

"Milli komandamızla indiyədək görülən işləri müsbət qiymətləndirdikləri üçün AFFA-ya, xüsusilə də milli assosiayasının prezidenti Rövnəq Abdullayevə və İcraiyyə Komitəsinə şəxsən öz təşəkkürümü bildirirəm. İndi bizi iddialı və gərgin sınaq, 2024-cü ildə Almaniyada keçiriləcək Avropa çempionatının təsnifat mərhələsi gözləyir. Mənimlə inamla addımlayan futbolçularımıa, meydanda və ondan kənarda əzmlə çalışanlara təşşəkkürümü bildirirəm. Onların mənim üçün çox dəyərlidi".