Azərbaycan klubuna qarşı təxribatın qarşısı alındı - RƏSMİ AÇIQLAMA

4.10.2022 16:20 478
Premyer-liqa
Məşhur “Transfermarkt” portal bibarırçı səhvə yol verib. "İnstaqram"da Didye Droqba, Samuel E'too, David Vilya və Maykl Essyenin şəklini paylaşaraq "Əfsanələrin sonuncu klublarını tapın", - deyə izləyicilərinə müraciət edib.

Hamıya bəllidi ki, qanalının son ünvanın "Səbail" olub. Lakin portal "gəmiçilər"i erməni klubu kimi göstərib. "Transfermarkt.com"un axtarış sistemində "Səbail" Azərbaycan təmsilçisi kimi qeyd olunub. Dünya markası media qurumunun belə səhvə yol verməsi biabırçılıqdan başqa bir şey deyil.

Məsələ ilə bağlı "Səbail"in mətbuat katibi Sənəm Fərhadovaya müraciət etdik. Klub rəsmisi problemin aradan qaldırldığını söylədi:

“Transfermarkt_official” səhifəsi oktyabrın 1-də etdiyi paylaşımda “Səbail”i erməni klubu kimi təqdim etdi. Çox sayda həmvətənimiz sözügedən postun yanlış olduğunu şərhlərdə yazaraq bizə dəstək verdi. Həmçinin klubun rəsmi “instaqram” hesabı və Maykl Essiyen də bu postun yanlış olduğunu yazaraq etirazını bildirdi. Bundan sonra səhifə paylaşımı silməyə məcbur oldu. Sizin vasitənizlə “Səbail”ə dəstəyini göstərən hər kəsə minnətdarlığımızı bildiririk".


ABDULLA İSMAYILOĞLU