Duqlas Luisin sevgilisinin videosu qalmaqala səbəb oldu

2.10.2022 12:55 348
Dünya futbolu
Braziliyalı jurnalist və aparıcı Milton Neveşin son paylaşımı qalmaqala səbəb olub.

71 yaşlı Neveş 2 milyon təqibçisi olan ''tvitter'' səhifəsində ''Aston Villa''nın qadınlardan ibarət komandasının əsas ulduzu Alişa Lemannın qol sevincini paylaşmaq qərarına gəldi. Videoda Lemann qolu qeyd edərkən tullanır və kameraya əsasən onun arxadan olan görüntüsü düşür. Neveş həm də videoya ''izlə və gör'' ifadəsini yapışdırdı və Lemannın özünü də orda qeyd etdi. Onun bu paylaşımı ''Aston Villa''nın kişilərdən ibarət komandasının aparıcı üzvü Duqlas Luisi özündən çıxartdı. Çünki Lemann Luisin sevgilisidi. 24 yaşlı ''sambaçı'' öz hemyerlisinə bunları yazdı:
''Həm yaşlısan, həm də uzun illərdi futbolun içindəsən. Amma qadın futboluna və futbolçunun özünə hörmətsizlik olan bir video paylaşırsan. Üstəlik o xanım mənim sevgilimdi. Bu, axmaqlıqdı. Sən hələ də hörmətin nə demək olduğunu anlamamısan''.


Duqlas Luisin bu sözlərindən sonra Neveş heç bir açıqlama vermədən qalmaqallı paylaşımını silməli oldu. Braziliyada populyar olan radio və televiziya aparıcılarından sayılan Neveş əvvəllər də bir neçə dəfə birmənalı qarşılanmayan paylaşımlar etmişdi.