• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

"Bu komandaya qarşı oynamaq mənim üçün çox xoş oldu" - Qurban Qurbanov

Premyer-liqa / Manşet

1-10-2022, 21:0

Azərbaycan premyer-liqasında 8-ci turun “Qarabağ” – “Neftçi” (3:1) oyunundan sonra təşkil edilən mətbuat konfransında meydan sahiblərinin baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırdı.

"Footbal-plus.az" xəbər verir ki, o, əvvəlcə matç barədə fikirlərini bildirdi...

- Maraqlı oyun oldu. Düşünürəm ki, azarkeşlər oyundan razı qaldılar. Mənim üçün nəticə ilə yanaşı, 90 dəqiqə oyunun içində olmaq vacib idi. Bunu gördüm. İlk hissədə anlaşılmazlıqlar oldu. Buna normal baxıram. Bir müddət idi, komanda bir yerdə məşq etmirdi. Getdikcə yaxşı oyunun şahidi olduq. Qollar, epizodlar oldu. İlk dəqiqələrdən açıq futbol getdi. Oyunu çox bəyəndim. Çox yaxşı futbolçuları olan “Neftçi”yə qarşı oynayırdıq. Rəqibin hər bir oyunçusunun ustalıq səviyyəsi yüksəkdi. Stadionda atmosfer çox yaxşı idi. Belə azarkeş qarşısında oynamaq xoş oldu. “Neftçi”yə uğur arzulayıram. 3:1 qalib gəlsək də, çox səhvlərimiz oldu. Bunları aradan qaldırmalıyıq. Qarşıdakı matçlarda daha diqqətli olacağımıza inanıram.

- İlk hissədə çoxlu qol epizodu reallaşdırılmadı...

- Bəzən belə imkanlardan yararlanmamışıq və məğlub olmuşuq. Futbolda belə şeylər olur. Hər epizod qol olsa, maraq azalar. Rəqibi, oyunun stresini nəzərə almaq lazımdı. Futbolda bəzən 100 faizlik epizod qol olmur, amma bəzən də heç nədən qol vurursan. Bunların üzərində işləyirik. İmkan varsa, istifadə etməyə çalışmalıyıq. Futbolçuların ustalığını artırmağa çalışırıq.

- Uzun müddət sonra Kevin Medina və Maksim Medvedevin adı iştirak ərizəsində idi. “Olimpiakos”la oyunda meydana çıxa bilərlər?

- Hər şey yaxşılığa doğru gedir. Start heyətdə olmaya bilərlər, amma ehtiyac yaranarsa, onlardan istifadə edə bilərik. Tam bərpa olunublar. Fiziki baxımdan bir qədər çatışmazlıq var. Onu da oynayaraq bərpa etməlidilər.

- Yenilənən “Neftçi” nə ilə diqqətinizi çəkdi?

- Öz oyun üslubu var. Hər bir detalı açıqlamaq düzgün çıxmaz. Bəzi elementlərə qarşı hazırlaşmışdıq. Pis də alınmadı. Ümumən, texniki futbol göstərməyi bacarırlar. Maraqlı futbolçuları var. Komplektləşmiş komandadı. Özlərini meydanda çox rahat hiss edirlər. İstənilən oyunda 5-6 qol vurmaq qabiliyyətindədilər. Diqqətsiz yanaşsaq, nəyisə nəzərdən qaçırsaq, bunu bacararlar. İlk hissədə imkanları daha çox oldu. Bu komandaya qarşı oynamaq mənim üçün çox xoş oldu.

- “Nant” üzərində qələbə azarkeşlərin inamını artırıb və “Olimpiakos”la görüşdə də 3 xal gözləyirlər...

- Azarkeşlərimiz həmişə bizə inanırlar. Onlar üçün fərqi yoxdu, hər rəqiblə oyunda qələbə gözləyirlər. Bəzən real baxmaq lazımdı. Onların qələbə istəyi bizi daha məsuliyyətli edir. Futbolçular bunu dərk edir. İstənilən rəqibə qarşı yaxşı oynayıb, nəticə qazanmaq istəyirik. “Olimpiakos”la oyuna hazırlaşmaq mənim üçün daha çətin olacaq, nəinki onlar üçün. Baş məşqçiləri dəyişib. Hansı gedişləri edəcəyi bilmirik. Sabahkı oyunlarına baxandan sonra futbolçularımıza bildirəcəyik. Şansımız varsa, istifadə etməyəç çalışacağıq. Marko Yankoviçin vəziyyəti məni narahat edir. Millidə bir qədər zədə almışdı. Bu gün ağrılar hiss edirdi. Əsas məsələ tam sağlam olmağımızdır.

- “Neftçi” bir hissə “Qarabağ”a müqavimət göstərdi. Komandanız yenə qarşısıalınmaz görünür. Bu rəqabətsizlik sizi narahat etmir?

- Biz çox istəyirik ki, minimum tempi qoruyub-saxlayaq. “Neftçi”nin bir hissə müqavimət göstərdiyini dediz, amma potensialları çox böyükdür və əksi də ola bilərdi. Bunu düşünərək, qarşıdakı oyunlara biganə yanaşa bilmərik. İlin sonuna kimi sıx qrafikimiz var. Vacib dönəmdir. İndi əldə etdiyimiz hər xal bizim üçün çox vacibdir. Komanda mövsümboyu eyni səviyyədə qala bilməz. Düşünmədiyimiz anda xal itirə bilərik. Bütün rəqiblərimiz çox ciddidir. “Neftçi” çox ciddi rəqibdir.

- “Zirə” ilə matçda 7:1 hesablı qələbədən sonra Rəşad Sadıqovla aranızda ilk dəfə ciddi mübarizə getdiyi müzakirə olunur. Həmin görüşdən sonra onunla söhbətiniz olubmu?

- Heç vaxt Rəşadla bir-birimizi müzakirə etmirik. Biz onunla çox yaxşı dostuq. Sadiqliyimiz də odur ki, idmanda bir-birimizə güzəşt etməmirik. Çox fikirlər ola bilər. Bizim dostluğumuz gündən günə dərinləşir. Mövzudur, danışır, fikir bildirirlər. Hər kəsin düşüncəsi eyni ola bilməz. Həmişə bir-birimizin üzünə dik baxmışıq. Öz aramızda futbol oynayanda belə, aramızda mübahisələr olur. Çox fikir bildirmək istəmirəm. Oyundan sonra da danışdıq, söhbətləşdik. Bu baxımdan narahat deyiləm. Dostluğa sadiqiksə, heç bir narahatlıq ola bilməz.

Paylaş:
Digər xəbərlər

Premyer-liqa

20-08-2022, 23:0

"Kişi mübarizəsi oldu" - Murad Musayev

Ölkə futbolu

3-05-2022, 21:0

"Bizi yorulmağa məcbur etdilər" - Qurban Qurbanov

Premyer-liqa / Manşet

1-10-2022, 20:0

"Bu oyun bizim üçün yaxşı dərs olmalıdı" - Regekampf

Premyer-liqa / Manşet

9-04-2022, 16:0

"Neftçi"nin usta oyunçuları oyunun taleyini həll etdi" - Sənan Qurbanov

Aktual
"Burda əsl ailə ab-havası hökm sürür" - Emil Balayev
DÇ-2026-ya yollanacaq futbolçu "Qarabağ"da!
“Yeni baş məşqçimiz yaxın günlərdə açıqlanacaq” - “Şəfa”dan cavab
Ramil Şeydayevin növbəti dayanacağı hara olacaq?
AFFA “Turan Tovuz”a məsləhət verdi – “CAS-a şikayət edin”
"Turan Tovuz" məhkəmədən qalib ayrılacaq" - "Ultras Turan"ın rəhbəri günahkarlara səsləndi
Son xəbərlər
  • Bu gün, 10:31
    Klubdakı 15 illik çıxışını başa vurur
  • Bu gün, 10:00
    Vlahoviç hara gedir?
  • Dünən, 23:58
    Minifutbol millimiz ikinci dəfə Avropa çempionu oldu!
  • Dünən, 23:30
    "Rəqibin harda boşluqlar verdiyini bilirik" - Siyasət Əsgərov
  • Dünən, 22:58
    Azarkeşlərin tənqidinə məruz qaldı
  • Dünən, 22:28
    "Burda əsl ailə ab-havası hökm sürür" - Emil Balayev
  • Dünən, 21:57
    Onun yolu Madridədi?
  • Dünən, 21:26
    "Hər iki görüşdə qələbə qazanmaq niyyətindəyik" - Ayxan Abbasov
  • Dünən, 20:55
    Milli komandada yeni təyinat
  • Dünən, 20:24
    Yeni kapitan oldu
  • Dünən, 19:53
    Romadan Milana üz tuta bilər
  • Dünən, 19:22
    “Ayın qolu” layihəsində qaliblər açıqlandı
  • Dünən, 18:47
    DÇ-2026-ya yollanacaq futbolçu "Qarabağ"da!
  • Dünən, 18:20
    Tellur daha iki il "Sabah"da
  • Dünən, 17:50
    "Karvan-Yevlax" Mateusla vidalaşdı
  • Dünən, 17:29
    Messi ilə birgə oynayacaq
  • Dünən, 16:58
    Mövsümün ən yaxşı futbolçusu seçildi
  • Dünən, 16:27
    "Qəbələ" Murad Musayevlə vidalaşdı
  • Dünən, 15:56
    “Şəfa” Avropa Futbol Klubları təşkilatına üzv oldu
  • Dünən, 15:26
    "Sabah" Amin Seydiyevlə yollarını ayırdı
  • Dünən, 14:55
    ''Beşiktaş'' italiyalı məşqçi ilə anlaşa bilər
  • Dünən, 14:24
    ''Trabzonspor'' Onananın daha bir il qalmasını istəyir
  • Dünən, 13:53
    Karrikin aqibəti müəyyənləşdi
  • Dünən, 13:22
    Sterlinq nəyə görə saxlanılıb?
  • Dünən, 12:51
    "Karvan-Yevlax"dan ayrıldı, İsrail klubuna keçdi
  • Dünən, 12:20
    Montella bu sistemin Türkiyə üçün ən optimal variant olduğunu düşünür - ''Bunun ən gözəl örnəyi PSJ-di''
  • Dünən, 11:59
    Belə bölgə futbolu kimə lazımdı?
  • Dünən, 11:41
    "Şamaxı" da növbəti ayrılıq - Enrike də getdi
  • Dünən, 11:20
    “Yeni baş məşqçimiz yaxın günlərdə açıqlanacaq” - “Şəfa”dan cavab
  • Dünən, 10:59
    Millimiz final oyununa çıxır - AÇ
  • Dünən, 10:28
    ''Qalatasaray''ın Türkiyə yığmasının üzvü üçün təklif etdiyi məbləğ bəlli oldu
  • Dünən, 09:57
    Addai "Qarabağ"la vidalaşdı
  • 3-06-2026, 23:0
    Keyn ilə Olise Münheni tərk edəcəklər?
  • 3-06-2026, 23:0
    A seriyasında istefa
  • 3-06-2026, 22:0
    "Qarabağ"ın U-14 komandası beynəlxalq turnirdə iştirak edəcək
Daha çox
Oxunub: 221
Nəsimi Paşayev: "Yazılanların hamısı dezinformasiyadı" - "Turan Tovuz" avrokuboklara buraxılacaq?
Oxunub: 211
“Sxadadzenin müqaviləsinə xitam verilməsi gözlənilmir” – Səbuhi Səfiyarlı
Oxunub: 208
“Baş məşqçi vətənindədi, nə vaxt qayıdacağını bilmirəm” – “Neftçi” nə edir?
Oxunub: 169
“Əlbəttə, bu qərar bizi məyus etdi” – Tovuzdan reaksiya
Oxunub: 164
"Araz-Naxçıvan"ın yeni baş məşqçisi Cavid Hüseynovdu? - özü danışdı!
Oxunub: 143
“Cəza verilib də, bundan sonra daha nə istəyirlər?” - Ramin Musayev “Turan Tovuz”u haqlı görür
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə