Boksçumuz yarımfinalda

30.09.2022 22:50 417
İdman
İtaliyanın Montesilvano şəhərində yeniyetmə oğlan və qız boksçular arasında Avropa birinciliyi keçirilir.

Turnirin 1/4 final döyüşlərinə start verilib. Millimizin heyətində rinqə Nərmin Əlizadə çıxıb.

48 kq çəki dərəcəsində mübarizə aparan boksçu Mahur Marikyanla (Ermənistan) döyüşüb. Əlizadə hər 3 raundda rəqibindən üstün olub. O, yekunda 5:0 (30:26, 30:27, 30:26, 30:27, 30:27) hesabı ilə qalib gələrək Marikyanı mübarizədən kənarlaşdırıb.

Nərmin yarımfinala yüksəlməklə yanaşı, ən azı bürünc medalı da təmin edib. O, yarımfinal döyüşünə oktyabrın 2-də çıxacaq. Boksçumuzun rəqibi polşalı Silva Formela olacaq.