• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Emin Ağayev: “Tibbi komissiyadan keçirdilər, paltar və ayaqqabı ölçülərimi götürdülər” - MÜSAHİBƏ

Müsahibə / Günün xəbəri

29-09-2022, 12:0

Dünən ölkə mətbuatında millinin sabiq üzvü, ötən mövsüm “Səbail”də Aftandil Hacıyevin köməkçilərindən biri kimi çalışan Emin Ağayevin Rusiyada həyata keçirilən hərbi səfərbərlik çərçivəsində orduya çağrıla biləcəyi ilə bağlı xəbərlər paylaşıldı.

O da qeyd olundu ki, 49 yaşlı veteran futbolçu artıq qeydiyyatda olduğu rayon üzrə hərbi komissarlığa yollanıb və zəruri müayinələrdən keçib. Yayılan xəbəri dəqiqləşdirmək və bizi maraqlandıran başqa suallara cavab tapmaq üçün Ağayevlə danışmaq qərarına gəldik. Milli sabiq üzvü bizimlə söhbətdə həm premyer-liqaya toxundu, həm də Canni de Byazinin yığmadakı perspektivi barədə danışdı.

- Salam, Emin bəy, necəsiz?
- Çox sağ olun, yaxşı olasız. Siz necəsiz?

- Biz də yaxşıyıq. İşləriniz necə gedir? Deyəsən, hələ də işsiz günləriniz davam edir...
- Bəli, “Səbail”dən ayrılandan sonra hələ də işsizəm. Bu üzdən Bakıda qalmayıb Moskvaya gəldim.

- Bu arada heç bir yerdən təklif olmayıb?
- Açığı, bugünlərə kimi yox idi. Ancaq bir neçə gün öncə bu yöndə bəzi yoldaşlarla danışığımız olub. Növbəti həftə iki klubla danışıqlara başlayacam.

- Rusiya klublarıdı?
- Bəli.

- Sirr deyilsə, hansı klublardı?
- İndiki vəziyyətdə ad çəkməyim düzgün olmaz. Çünki ortada real hələ heç nə yoxdu. Razılıq əldə olunandan sonra harda işləyəcəyimi söyləyə bilərəm. Yalnız onu deyim ki, klublardan biri ikinci dəstə təmsilçisidi. Ora baş məşqçi gedə bilərəm. İkinci variant isə daha yüksək dəstədə çıxış edən klubdu ki, orda köməkçi-məşqçi kimi çalışmaq ehtimalı var. Gözləyək, görək necə olur.

- Bu gün Azərbaycan mətbuatında səfərbərliyə cəlb olunduğunuz haqda xəbər yayıldı. Sizə də çağırış vərəqəsi gəlib?
- İki gün öncə hərbi komissarlığa dəvət olundum. Tibbi komissiyadan keçirdilər, paltar və ayaqqabı ölçülərimi götürdülər. Və sonra ehtiyac olacağı halda çağıracaqlarını dedilər. Bu səbəbdən iki ay Rusiyanı tərk edə bilmərəm.

- Ehtiyac olacağı təqdirdə müharibəyə yollanacaqsız?
- Mən hərbi xidməti Dağıstanda, sərhəd qoşunlarında keçmişəm. O vaxt Rusiya - Azərbaycan sərhədində olmuşam. Bəlkə də bu səbəbdən mənə və mənim kimilərə daha tez çağırış vərəqəsi göndəriblər. Ümid edirəm ki, bizə ehtiyac olmayacaq və müharibə qısa vaxtda başa çatacaq.

- Bəs oğlunuz necə? Onun da yaşı səfərbərliyə düşür...
- Şükür Allaha ki, hələ ona çağırış vərəqəsi gəlməyib. Özü də hələ futbol oynayır.

- “Səbail”dən ayrılandan sonra ölkə futbolunu izləyirsiz?
- Elə şey olar ki, baxmayım? Həm premyer-liqanı, həm “Qarabağ”ın avrokubok matçlarını izləyirəm, həm də yığmanın bütün oyunlarına baxıram.

- Premyer-liqa sizə necə təsir bağışlayır?
- İlk növbədə “Qarabağ”ın adını çəkməliyəm. Qurban Qurbanovun komandası həqiqətən həm daxili çempionatda, həm də Avropa Liqasında gözəl təsir bağışlayır. Ağdam klubu premyer-liqada qarşısıalınmazdı. Hiss olunur ki, beynəlxalq oyunlarda da ildən-ilə təcrübəsi daha da artır. Artıq qitədə də onlarla hesablaşırlar. “Neftçi”də oyun planında inkişafın olduğu barədə bir söz deyə bilməyəcəm. Ancaq legionerlərinin ayrı-ayrılıqda yüksək səviyyəli olduğu sezilir. Qalan klubların səviyyəsi aşağı-yuxarı eynidi. Maraqlı mövsüm olacağını düşünürəm.

- Bəs sabiq komandanız “Səbail” necə? Heç bu barədə fikir bildirmədiz.
- “Səbail” haqda nə deyim? Bizim vaxtımızda komandada cəmi 3 legioner var idi. Səhv etmirəmsə, indi onların sayı 8-di. Bildiyim qədər maliyyə cəhətdən də problem yaşamırlar. Ancaq oyun planında bu hiss olunmur. Bəlkə də düşərgəyə yeni futbolçular cəlb olunduğundan hələ ki futbolçular bir-birinə uyğunlaşmayıb, qarşıdakı turlarda daha yaxşı olacaqlar. Mənim söylədiklərim 7 tura görə olan görüntüdü.

- Mövsümlərarası fasilədə adınız “Sabah”la yanaşı hallanırdı. Daha dəqiq desək, sizin də Murad Musayevin məşqçilər korpusunda yer alacağınız deyilirdi.
- Bu söz-söhbətin hardan ortaya çıxdığı mənə məlum deyil. Bəli, bir ara mətbuatda belə xəbərlər dolaşdı. Ancaq göründüyü kimi, yanlış məlumat idi. Yeri gəlmişkən, iddialı komandalar arasında “Sabah”ın da adını çəkməliyəm. Murad Musayevin rəhbərlik etdiyi kollektiv ötən mövsüm də güclü idi. Xüsusilə hücum xəttini qeyd etmək olar. Bu il müdafiəyə də əl gəzdirdilər və bəhrəsini də görürlər. Musayev hazırda bütün xətləri balanslaşdırılmış, hər mövqedə rəqabət yaşanan komanda çalışdırır. Premyer-liqada belə komandaların sayı nə qədər çox olsa, çempionat bir o qədər maraqlı keçəcək, ümumi səviyyə yüksələcək.

- Premyer-liqada cəmi 7 turun geridə qalmasına baxmayaraq, artıq iki baş məşqçi istefası reallaşıb. Yaşar Vahabzadə “Kəpəz”dən, Aleksey Baqa “Sumqayıt”dan ayrılıb. Xüsusilə belaruslu mütəxəssisin uğursuzluğu bir qədər gözlənilməz oldu. Baqanı hamı çempion məşqçi kimi tanıyırdı. Bu istefalara münasibətinizi bilmək istərdik.
- Nə demək olar? Məşqçi işi belədi. Bu gün səni qəhrəman kimi qəbul edən ictimaiyyət kiçik uğursuzluğa görə üz döndərə bilər. Dünyanın hər yerində belədi. Hər iki mütəxəssisin əvəzinə dəvət olunan məşqçilər də sayılıb-seçilənlərdəndi. Fikrimcə, Tərlan Əhmədov “Kəpəz”ə, Samir Abasov isə “Sumqayıt”a yeni ab-hava gətirəcək. Samir savadlı, işini bilən məşqçidi. O “Sumqayıt”ı toparlamağı bacaracaq. Tərlanın işi də göz qabağındadı. Artıq “Kəpəz”onun rəhbərliyi altında ilk qələbəsini qazanıb. Hər iki mütəxəssisə yeni işində uğurlar arzulayıram.

- Bir qədər də yığma barədə danışaq. Ardıcıl iki qələbədən sonra ölkənin futbol ictimaiyyəti iki hissəyə bölünüb. Bəziləri Canni de Byazinin qalmasının tərəfdarıdısa, çoxları onunla müqavilənin müddətinin uzadılmasını istəmir. Bəs siz necə düşünürsüz?
- Mən konkret De Byazinin getməsini istəyənlərdənəm. Son iki oyunda, daha dəqiq desəm, üç matçda əldə olunan qələbə heç kimi aldatmasın. İtaliyalı baş məşqçinin rəhbərliyi altında yığma heç bir inkişafa nail olmayıb. Slovakiya ilə qarşılaşmanın ikinci hissəsini yada salın. Komanda ancaq rəqibin hücumlarının qarşısını almaqla məşğul idi, meydanın mərkəzini keçə bilmirdik. Yalnız bəxt sayəsində qələbə qazanıldı. Bəxt də həmişə sənin yanında olmur. Və ya Qazaxıstanla oyunu götürək. Məhəmməd Adiyevin çalışdırdığı kollektiv Bakıya bütün məsələləri həll edib gəlmişdi. Futbol oynayan hər kəs bilir ki, qarşında məqsəd olmayanda oyuna köklənmək çətin olur. Qazaxlar da meydana məhz belə çıxmışdılar. Onu da bildirim ki, Adiyevi çox yaxşı tanıyıram. “Anji”də komanda yoldaşı olmuşuq. Həm futbolçu, həm də insan kimi çox yaxşı biri idi. Məşqçi kimi də uğur qazanmağa başlayıb ki, bu da məni sevindirir. Mən həmişə demişəm və bu gün də təkrarlayıram: yığmada yerli məşqçi çalışmalıdı. O həm futbolçuları yaxından tanıyır, həm də ruh və mentallıq baxımından xalqa yaxındı. Yerli məşqçiyə şans verilməlidi. Bu gün ölkədə öz üzərində işləyən, savadlı, müasir futbolun incəliklərini bilən mütəxəssilər var. Niyə onlar kənarda qalmadı? Yetər artıq əcnəbilərə bel bağladıq.

RƏŞAD

Paylaş:
Digər xəbərlər

Ölkə futbolu

14-04-2022, 19:0

Emin Ağayev “Səbail”dən ayrılır? - AÇIQLAMA

Aktual / Premyer-liqa

16-06-2022, 19:0

"Sabah"da yeni məşqçi - ÖZƏL

Ölkə futbolu / Manşet

12-06-2022, 17:0

“Bugünkü yığmada lider yoxluğu özünü qabarıq göstərir”

Yığma

23-03-2022, 18:0

Kamran yığma ilə Maltaya getdi, ancaq… - AÇIQLAMA

Aktual
"Azərbaycanda Elvin qədər potensiallı ikinci futbolçu yoxdu” - o da legioner həyatı yaşaya bilər!
"Qarabağ"la eyni gündə avrokubok matçı keçirəcək "Zirə"nin planı nədi? - azarkeş problemi...
“Neftçi”dən sürpriz gediş: Eminlə Emilə rəqib gəldi!
Klublarımızın ilk oyunu evdə keçirməsi sərfəli məqamdı? – menecer izah etdi
“Futbolu şouya çeviriblər” – Rauf Cabbarov ABŞ-yə niyə gedib?
“Qarabağ”ın rəqibi hansı heyətlə qələbə qazandı?
Son xəbərlər
  • Bu gün, 22:18
    "Azərbaycanda Elvin qədər potensiallı ikinci futbolçu yoxdu” - o da legioner həyatı yaşaya bilər!
  • Bu gün, 21:54
    Növbəti oyunu buraxa bilər
  • Bu gün, 21:51
    Messi dünya çempionatında 17-ci qolunu vurdu! - DÇ gecəsi
  • Bu gün, 21:20
    İyulun 7-si, saat 20.00 - "Sabah" üçün tarixi an
  • Bu gün, 20:55
    La Liqaya çıxan 3-cü komanda məlum oldu
  • Bu gün, 20:24
    Olisenin Madridə yollanacağı dəqiqdi?
  • Bu gün, 19:53
    Şotlandiya ilə oyunu buraxacaq
  • Bu gün, 19:20
    Zanyolo harda qərar tutacaq?
  • Bu gün, 18:59
    Almaniyadan vətəni İspaniyaya qayıdacaq
  • Bu gün, 18:28
    Millimizin gələcək hədəfləri müzakirə olundu
  • Bu gün, 17:57
    Mİllimiz İngiltərəyə rəqib oldu
  • Bu gün, 17:27
    “Liverpul” gənc futbolçu aldı
  • Bu gün, 16:56
    “Qarabağ”ın heyətində kimlər yer alıb? - SİYAHI
  • Bu gün, 16:25
    Tahir Abdullayev: "Rəqibimin üzərindən tank kimi keçməyə hazıram"
  • Bu gün, 15:54
    Mİllimiz Tacikistanla qarşılaşacaq
  • Bu gün, 15:23
    "Qarabağ" iki qapıçı ilə yolları ayırdı
  • Bu gün, 14:52
    "Qarabağ"la eyni gündə avrokubok matçı keçirəcək "Zirə"nin planı nədi? - azarkeş problemi...
  • Bu gün, 14:31
    “Neftçi”dən sürpriz gediş: Eminlə Emilə rəqib gəldi!
  • Bu gün, 14:10
    Millimizin rəqibləri ilə əvvəlki görüşləri necə keçib?
  • Bu gün, 13:59
    Koxalski də "Qarabağ"dan gedib - onu "gördüm" deyən yoxdu!
  • Bu gün, 13:28
    Klublarımızın ilk oyunu evdə keçirməsi sərfəli məqamdı? – menecer izah etdi
  • Bu gün, 12:57
    "İmişli"də ayrılıq
  • Bu gün, 12:36
    "Araz-Naxçıvan"dan növbəti transfer
  • Bu gün, 12:15
    AFFA rəsmisi UEFA-dan 8 oyuna təyinat aldı
  • Bu gün, 11:54
    "Sabah"ın yoxlama oyunlarındakı rəqibləri bilindi
  • Bu gün, 11:23
    Qurban Qurbanov Elvini bağışladı! - əsas komandayla birgə Tirola yollandı
  • Bu gün, 10:52
    “Futbolu şouya çeviriblər” – Rauf Cabbarov ABŞ-yə niyə gedib?
  • Bu gün, 10:31
    “Qarabağ”ın rəqibi hansı heyətlə qələbə qazandı?
  • Bu gün, 10:00
    Çalhanoğlunun həyat yoldaşı tənqidlərə cavab verdi - ''Dəyişən sizin baxış tərzinizdi''
  • Bu gün, 09:16
    Salah Misiri qrup lideri etdi - DÇ səhəri
  • Bu gün, 01:05
    Belçika - İran oyunu qolsuz bitdi - DÇ gecəsi
  • Dünən, 23:58
    ''Qalatasaray''lı futbolçu dünya çempionatında zədələndi
  • Dünən, 23:13
    Məşhur futbolçu mundialın sonunu gözləyir
  • Dünən, 22:42
    İkardinin menecerindən yeni açıqlama - ''Ümumi məxrəcə gələ bilməmişik''
  • Dünən, 22:11
    İspaniyadan böyükhesablı qələbə - DÇ gecəsi
Daha çox
Oxunub: 254
Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
Oxunub: 253
Kevin Medinanın yeni klubunun adı "Futbol+"də! - o, hara gedir?
Oxunub: 249
Elvin “Qarabağ”a öz cibindən pul ödəyib, gedə bilər? – meneceri son durumu açıqladı
Oxunub: 230
“Neftçi”yə gəl, qaqa, sənin sayəndə Konfrans Liqasında finala qədər getmək olar” – Elvin yenə diqqət mərkəzində
Oxunub: 192
“Zirə”dən ayrılmaq qərarını apreldən vermişdim” – Rəşad Sadıqov Ceyhun Nuriyevi yenə komandaya çağırıb?
Oxunub: 191
Azər Həşimov yenidən premyer-liqada çalışa bilər – özü açıqladı
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə