"Azərbaycanla oyundan müəyyən nəticələr çıxardım" - Moldovanın baş məşqçisi

28.09.2022 13:38 333
Yığma
21 yaşadək futbolçulardan ibarət Moldova millisinin baş məşqçisi Ştefan Stoyka Azərbaycana qarşı keçirdikləri matçı şərh edib.

"Football-plus.az" xəbər verir ki, mütəxəssis 0:0 hesabıyla başa çatan görüşlə bağlı bunları deyib:

“Yeni komandayıq. Rəqibin oyunlarını izləmişdim və artıq bir üslublarının olduğunu bilirdim. İlk hissədə qapımıza tərəf gələ bilmədilər. İkinci hissədə daha pis oynadıq. Azərbaycanla oyundan müəyyən nəticələr çıxardım. Hələ işimiz çoxdu.

Aydın məsələdi ki, 3-4 günə əla komanda qurmaq mümkün deyil. Buna baxmayaraq, futbolçularım top uğrunda mübarizə apardılar. Əsas olan uduzmamaq idi”.