2024-də əməkhaqqı tavanı qalxacaq

2.09.2022 18:30 364
İdman
Milli Hokkey Liqasının (MHL) komissar müavini Bill Deyli belə hesab edir ki, 2024-də əməkhaqqı tavanında ciddi artım olacaq:

“Yaxınlarda ilkin qiymətləndirmə ilə tanış oldum. Nikbinlik yaradan həmin rəqəmlərə əsasən deyə bilərəm ki, tavan daha tez qalxacaq. Düşünürəm ki, bu, 3 yox, 2 il sonra baş verəcək”.


MHL komissarı Qeri Bettmen martda bəyan etmişdi ki, 2025-ci ildən tez əməkhaqqı tavanında ciddi artım gözləmir. 2022/23 mövsümündə əməkhaqqının son həddi kimi 82,5 milyon dollar müəyyənləşdirilib. Tavan ötən mövsümlə müqayisədə 1 milyon dollar artıb. Buna qədər üç mövsüm ərzində əməkhaqqı tavanınnda dəyişiklik olmamışdı ki, MHL rəhbərliyi bunu koronavirus pandemiyası fonunda gəlirlərin azalmasıyla izah etmişdi.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul