"Wiw Sport" nəşri 2022/23 mövsümündə ən çox qol vuran seneqallı futbolçuların siyahısını hazırlayıb.
"Football-plus.az" xəbər verir ki, ən yaxşılar arasında "Qarabağ"ın oyunçusu İbrahima Vaci də var. 27 yaşlı hücumçu yeni mövsümdə 7 matçda 4 qol vurub. O, bu nəticə ilə 3-cü pillədə yer alıb.
1-ci yerdə 19 matçda 9 qol vuran Alion Ndourdu ("Hauqesuno"). "Bavariya"dan Sadio Mane isə 4 oyunda 4 qol vurmaqla 2-cidi.