Leyla Əliyeva güləşçilərimizin çıxışını izləyir

10.08.2022 17:18 376
İdman
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Türkiyənin Konya şəhərində keçirilən 5-ci İslam Həmrəyliyi Oyunlarında Azərbaycan idmançılarının çıxışlarını izləyir.

"Football-plus.az" xəbər verir ki, L.Əliyeva hazırda Konya Texniki Universitetinin idman zalında Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə və baş katib Azər Əliyevlə birlikdə güləş yarışlarını izləyir.

Azərbaycanın sərbəst və qadın güləşçiləri bu gün mübarizəyə başlayıb.