Vernerin yeni klubu rəsmiləşdi

9.08.2022 22:45 421
Dünya futbolu
Timo Vernerin yeni klubu müəyyənləşib.

Football-plus.az xəbər verir ki, "Çelsi"nin forvardı "Leypsiq"ə keçib. Bunu Almaniya klubunun rəsmi saytı açıqlayıb. Hücumçu ilə 4 illik müqavilə imzalanıb. Bundesliqa təmsilçisi bonuslarla birlikdə 30 milyon avro ödəyəcək.