"Qəbələ"nin 3 futbolçusunun durumu bəlli oldu

27.06.2022 22:45 480
Premyer-liqa
"Qəbələ" zədəli futbolçuların sağlamlıq durumu ilə bağlı son vəziyyəti açıqlayıb.

"Football-plus.az" klubun rəsmi saytına istinadən xəbər verir ki, bölgə təmsilçisinin 3 futbolçusu hazırda toplanışda iştirak edə bilmir.

Belə ki, Ürfan Abbasov, Gülağa Əsədov proqram üzrə bərpa prosesini keçir.

​Dörd gün əvvəl diz qığırdağından əməliyyat edilən Yaovi Akakpo isə həkim nəzarətində zəruri prosedurlar keçir.