Böyük Britaniyanın rəqəmsal texnologiyalar, mədəniyyət, KİV və idman üzrə xüsusi komissiyasının sədri Culian Nayt bildirib ki, dünyanın 10-cu raketkası Emma Radukanunun rusiyalı məşqçi Dmitri Tursunovla əməkdaşlıq etdiyini görmək ona xoş deyil: “Rusiyalının Böyük Britaniyanın bir nömrəli parlayan ulduzunu məşq etditməsini bəyənmirəm. Ümid edirəm ki, Laun-tennis Assosiasiyası bu məsələyə nəzarət edəcək və Emmaya necə hərəkət etməli olduğunu anladacaq”.
Tursunovla Radukanunun əməkdaşlığı ilə bağlı xəbəri Britaniya KİV-i yayıb. “Daily Mail” bildirir ki, rusiyalı mütəxəssis britaniyalıya iyulun 30-u – avqustun 7-si aralığında Vaşinqtonda keçiriləcək WTA-250 turnirinə hazırlaşmaqda yardım edəcək. Tennisçi uğurlu çıxış edərsə, əməkdaşlıq müddəti uzadılacaq.
19 yaşlı Radukanu ötənilki “US Open” turnirinin qalibidi. Bu mövsümdə ən yaxşı nəticəsi isə Ştutqartda keçirilən turnirin 1/4 finalında oynamasıdı.