"Atletiko" yay transfer fəaliyyətini yekunlaşdırdı

29.07.2022 18:32 361
Dünya futbolu
"Atletiko"nun prezidenti Enrike Serezo Madrid klubunun yay transfer kampaniyasını başa vurduğunu bildirib.

"Football-plus.az" xəbər verir ki, "hindular"ın rəhbəri bunu müdafiəçi Nahuel Molinanın təqdimatında deyib.

"Bu keçid sayəsində komandanın son hissəsini tapa bildik. Jurnalistlər üçün təkrar edirəm - axtardığımız sonuncu hissə".

Bu yay Aleks Vitseli azad agent kimi heyətinə cəlb edən madridlilər Portuqaliya "Jil Visente"sindən Sümuel Lino və İtaliyanın "Udineze" klubundan Nahuel Molinanı transfer edib.