“Liverpul”un sabiq sahibi dünyasını dəyişdi

23.07.2022 13:45 386
Dünya futbolu
“Liverpul”un sabiq sahibi Devid Murs dünyasını dəyişib.

Football-plus.az xəbər verir ki, o, 76 yaşında vəfat edib. Murs bir neçə həftə əvvəl 39 yaşlı həyat yoldaşını itirmişdi. Görünür, xanımının itkisinə dözə bilməyib.

Xatırladaq ki, Murs 1991-2007-ci illərdə “Liverpul”un sahibi olub. Komanda bu müddət ərzində 10 mükafat qazanıb. Uğurlar sırasında mersisaydlıların 2005-ci ildə Çempionlar Liqasındakı qələbəsini xüsusi vurğulayaq.