• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

"Qələbə və qol hər bir futbolçuya inam verir" - Qurban Qurbanov

Manşet / Çempionlar Liqası

19-07-2022, 22:0

"Qarabağ" Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin ilk oyununda İsveçrənin "Sürix" klubunu 3:2 hesabı ilə məğlub etdi.

"Football-plus.az" xəbər verir ki, matçdan sonra keçirilən mətbuat konfransında Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov qələbəni şərh edərək jurnalistlərin suallarını cavablandırdı:

"Maraqlı oyun oldu, bolqollu, azarkeşlər üçün maraqlı matç idi. Yaxşı mübarizə, bəzən açıq oyun getdi. Futbola aid hər şey gördük. Futbolçularımı təbrik edirəm. Çox əziyyət çəkdilər, çox istəkliydilər. Əvvəl də qeyd etmişdim ki, yaxşı komandaya qarşı oynayırıq, oyun qurmağı bacaran komandaya qarşı oynadıq. Çəkinmədik, rəqibin üzərinə getdik. Həmişəki kimi azarkeşlərimiz möhtəşəm idi.

- Şahruddin Məhəmədəliyevin “minası” partladı, Toral Bayramov hələ avrokuboklarda oynamağa hazır deyil. Bu barədə nə düşünürsüz?

- Biri partladı, biri nə oldu. Onların yerində olmaq heç də asan deyil. O qədər həyəcan, o qədər azarkeşin güvəni. Hər bir insan özünü idarə etmək üçün böyük olmalıdı. Bu cür epizodlarda düzgün qərar vermək lazımdı. Səhv deməzdim, tələsməyə bilərdi. Ümumən Şahruddinə narazılıq bildirsək, ya Torala Avropa təcrübəsi azdı desək... Ötən mövsüm oynayırdı avrokuboklarda. Penaltini bilmirəm, qarışıq epizod idi, tam baxmaq lazımdı. Cərimə meydançasında həmişə hücumçu üstündü. Xırda, texniki səhvlərdi, aradan qaldırmaq rahatdı. Hər bir futbolçuma güvənim böyükdü. Qarşıdakı oyunlarda hər biri daha yaxşı olacaq.

- Künc zərbələrini çox yerinə yetirirsiz. Standart vəziyyətlərdən qol vura bilməməyiz sizi narahat etmir?
- Özəl küncdən zərbələrimiz var. Nadir komandalar var ki, ilboyu bunun üzərində çalışırlar. Bəlkə də yaxşılaşdıra bilərik. Az işləmirik bunun üzərində. Vacib bir oyunda standart vəziyyətdən qol vurarıq. Rəqibi də nəzərə almaq lazımdı. Bəzi elementlərdən biridi, yaxşılaşdırmaq olar.

- Rəqib ikinci hissədə taktiki dəyişikliklər etdi. Bu da komandanızda çətinlik yaratdı. Cavab oyunu öncəsi bunun üzərində işləyəcəksiz?
- Bilmək olmaz, bu oyuna üstünlük verəcəklər ya, yox. Oyunun gedişində hər bir elementə hazır olmalıyıq. Əvvəlki oyunlar daha üç hücumçu qabaqda qalırdısa, bu gün iki hücumçu ilə qalırdı rəqib. İlk yarıda müdafiəçimizin arxasına atırdılar, ikinci yarıda diaqonal paslar etdilər. 2-3 dəfə keçdi, sonra qarşısını aldıq. Burda “Sürix”i daha yaxından tanıdıq. İmkanımız oldu ki, rəqibi çox detallı təhlil edək.

- Franko Foda şansları 50/50 gördü. Sizcə, bu realdı, yoxsa özlərini güclü hesab edirlər?
- Mən də “Lex”lə ilk oyundan sonra bu cür saymışdım şansları. Bir az özünügüvən də ola bilər, hər birimizdə var. Biz ora məğlub olmağa getməyəcəyik. Hesabı da qoruyub-saxlamaq üçün getməyəcəyik. Daha çox hücum etmək istəyəcəyik. Bəzi xırda detalları daha da yaxşılaşdırmağa çalışacağıq.

- İlk hissənin 15 dəqiqəsini rəqib hücumda keçirdi. Bu, taktiki gediş idi, yoxsa rəqib həqiqətən “Qarabağ”ı bloklamışdı?-
- Ancaq uzun pasla oynayırdılar. Bu da hücumdaymışlar kimi görünürdü. Biz rəqibin meydanındaydıq, imkan vermirdik ki, komanda kimi zonamızda olsunlar.

- Bu mövsüm “Qarabağ” 90 dəqiqə hücumameyilli futbol oynayır. Əvvəllər belə deyildi. Bu, yeni fikirdi?
- Ola bilər əvvəllər az olurdu. İndi daha çoxdu. Müdafiə düşüncəsini futbolçulardan uzaqlaşdırmaq istəyirik. Üç zona var futbolda, biz də oyunu rəqib zonasında müdafiədən qururuq. Bizim daha çox düşüncəmiz, diqqətimiz hücumda ola-ola düzgün müdafiə olunmaqdı. Təcrübə çoxaldıqca, futbolçuların inamı çoxaldıqca, bunu daha ürəkli və daha inamlı edirlər.

- Rəqibin birinci qolunda sizcə, ofsayd var idi?
- Baxdım. Var idi ,deyəsən. Olur da belə hallar.

- İbrahima Vaci iki qol vurdu. Bu, ona nə dərəcədə psixoloji üstünlük verəcək?
- Vaci çox işgüzar futbolçudu. Bəzən hansısa texniki səhvləri ola bilər. Amma faydalı iş əmsalı komanda üçün çoxdu. Qələbə və qol hər bir futbolçuya inam verir ki, özünü rahat və düzgün idarə etsin. Belə qollar inam verəcək. Sadəcə olaraq, narahat olduğum udandan və futbolçu qol vurandan sonra xülyalarda olmasıdı. Çalışacağıq ki, faydalı olsun Vadji üçün. Qarşıdakı oyunlarda ondan qolu daha çox tələb edəcəyik.

- Franko Foda bildirdi ki, ədalətli nəticə 3:3, olardı. Bu barədə fikriz necədi?
- Bu barədə fikir bildirmək istəmirəm. Bizim real qol epizodlarımız daha çox oldu. 3-5 metrdən epizodlarımız var idi. Normal baxıram nəticəyə. 3:2 qalib gəlmişiksə, minimum üstünlük tərəfimizdəydi.

- Rəqib baş məşqçinin hansı dəyişikliyini gördünüz ki, ikinci yarıda sizi üstələdilər.
- Qollara baxsaq, fərdi səhvlərdən qol buraxdıq. Biri cərimə, biri heç nədən penalti zərbəsi. Sadəcə, ikinci yarı basqı çoxaldı, daha da irəli çıxdılar.

Paylaş:
Digər xəbərlər

Manşet / Çempionlar Liqası

19-07-2022, 22:0

"İsveçrəyə qələbə qazanmaq üçün gedəcəyik" - Qurban Qurbanov

Ölkə futbolu

3-05-2022, 21:0

"Bizi yorulmağa məcbur etdilər" - Qurban Qurbanov

Premyer-liqa

12-05-2022, 21:0

"Başqa klubu çalışdırmaq haqda düşünmürəm" - Qurban Qurbanov

Çempionlar Liqası

12-07-2022, 22:0

"Lex"i keçəcəyimizə inanırdım" - Qurban Qurbanov

Aktual
“Qarabağ” Duranın növbəti satışından da pay alacaq? – klub rəsmisinin cavabı
Mahir “Kayzerslautern”in qalib gəldiyi matçda oynadı
“Mingəçevirə böyük futbolun gec-tez gələcəyinə inamım tamdı” - Ramiz Məmmədov vidalaşdı
Yalnız Azərbaaycan və Gürcüstan 0,750 əmsal topladı! – amma...
“İmişli”nin burda oynaması baxımından problem yoxdu - “meydança indiki vəziyyətdə tam yararlıdı”
Keyta ilə bağlı müəmma - “müqavilə müddətini uzadandan sonra dönə bilməyəcəyini dedi”
Son xəbərlər
  • Bu gün, 14:48
    ''Beşiktaş'' bir gündə həm qalib gəldi, həm də məğlub oldu
  • Bu gün, 14:17
    ''Lill'' daha bir türkiyəli futbolçu transfer etdi
  • Bu gün, 13:48
    “Qarabağ” Duranın növbəti satışından da pay alacaq? – klub rəsmisinin cavabı
  • Bu gün, 13:17
    Belçika İspaniyanın seriyasına son qoysa da... - Merino yenə qəhrəmana çevrildi
  • Bu gün, 12:47
    Mahir “Kayzerslautern”in qalib gəldiyi matçda oynadı
  • Bu gün, 12:15
    “Mingəçevirə böyük futbolun gec-tez gələcəyinə inamım tamdı” - Ramiz Məmmədov vidalaşdı
  • Bu gün, 11:44
    "Qarabağ" 59-cu sıradadı, bəs, başqaları? - UEFA reytinqi
  • Bu gün, 11:15
    Bakıda IBA Çempionlar Gecəsi keçirilib
  • Bu gün, 10:45
    “Sabah”, “Qarabağ” və “Zirə” rəqiblərə işgəncə verib – bu gün ağa bizik!
  • Bu gün, 10:23
    "Komandanın vəziyyəti – həm fiziki, həm də mental cəhətdən yaxşıdı” - Yuri Vernidub
  • Bu gün, 10:06
    Girassi ''Fənərbaxça''ya gələsi olmadı
  • Bu gün, 09:52
    Yalnız Azərbaaycan və Gürcüstan 0,750 əmsal topladı! – amma...
  • Bu gün, 01:03
    İspaniya da yarımfinala çıxdı - DÇ gecəsi
  • Dünən, 23:58
    “İmişli”nin burda oynaması baxımından problem yoxdu - “meydança indiki vəziyyətdə tam yararlıdı”
  • Dünən, 22:46
    "Neftçi" Serbiya klubuna böyük hesabla qalib gəldi
  • Dünən, 22:30
    Mançesterdən Madridə yollandı
  • Dünən, 21:45
    Florensiyanı tərk etdi
  • Dünən, 21:04
    “Torpedo”nun zəif nöqtələrini yaxşı təhlil etmişdilər" - Sumqayıtdakı darmadağını şərtləndirən səbəblər nədi?
  • Dünən, 20:46
    MS-ni tərk edə bilər
  • Dünən, 19:35
    "Qəbələ"dən ayrılan futbolçu sabiq klubuna qayıtdı
  • Dünən, 19:00
    Paytaxt klubunu tərk edəcək
  • Dünən, 18:30
    Avrokuboklarda ən uğurlu həftə
  • Dünən, 17:57
    Keyta ilə bağlı müəmma - “müqavilə müddətini uzadandan sonra dönə bilməyəcəyini dedi”
  • Dünən, 17:30
    Okan Buruk Terimin bu rekordunu yeniləmək üzrədi
  • Dünən, 16:58
    Millimizin üzvü dünya reytinqində liderdi
  • Dünən, 16:31
    "Araz-Naxçıvan"da braziliyalı qapıçı
  • Dünən, 16:17
    "Bu etimadı doğrultmaq üçün əlimdən gələni edəcəm" - Elvin Cəfərquliyev
  • Dünən, 16:00
    Ramiz Məmmədov "Karvan-Yevlax"ın baş məşqçisi oldu
  • Dünən, 15:30
    Zubirin qolu yubileylə əlamətdar oldu
  • Dünən, 15:14
    “Zirə” gürcülərin ümidlərini Sumqayıtda “dəfn etdi” - REPORTAJ
  • Dünən, 14:43
    "Qarabağ"ın potensial rəqibləri üz-üzə gəldi
  • Dünən, 14:11
    “Bozqurd” yatmaz!
  • Dünən, 13:59
    "Şəfa" fransalı futbolçu transfer etdi
  • Dünən, 13:47
    Vüsal Konfrans Liqasında uduzdu
  • Dünən, 13:20
    "Çempion olsaydıq, bu qədər dəyişiklik etməyə cəsarət tapa bilməzdik" - Tahir Gözəl
Daha çox
Oxunub: 208
Varqas düyününün səbəbi bilindi! - bu müqavilə şərtləri "Neftçi" üçün maneə törədibmiş...
Oxunub: 162
Zlomisliçlə Qnalinin adı “Qarabağ”ın iştirak ərizəsində niyə yoxdu? – rəsmi açıqlama
Oxunub: 136
“Ötən mövsümün Çempionlar Liqasındakı “Qarabağ”ı görməyəcəyik” - Aslan Kərimov
Oxunub: 135
Harrisondan “Sabah”a yalan dolu hədə-qorxu – “Nyu Seynts”in baş məşqçisi bizi aldadıbmış!
Oxunub: 134
“Kutaisililər 1990-cı illərdəki internet qədər yavaş idi” - “Zirə” gürcü jurnalisti dəhşətə gətirdi
Oxunub: 133
Rəşad Sadıqovu sarsıdan hadisə - dərd gələndə batmanla gəlir!
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə