İdmançımız qran-pri turnirində qızıl medal qazandı

15.07.2022 22:12 405
İdman
Yaşar Nəcəfov qran-pri turnirində qızıl medal qazandı.

"Football -plus.az" xəbər verir ki, 15 iyun tarixində Xorvatiyanın paytaxtı Zaqreb şəhərində keçirilən Qran Pri turnirində ilk günün nəticələri bəlli olub.

-66 kq. çəkidə mübarizə aparan idmançımız Yaşar Nəcəfov finalda rəqibi İtaliya təmsilçisi Matteo Pirası məğlub edərək Qran Pri turnirinin qızıl medalını qazanıb.