Bu gün Çempionlar Liqasının 1-ci təsnifat mərhələsinin cavab matçında “Qarabağ” “Lex”lə qarşılaşıb.
Bildiyiniz kimi, ilk görüşdə Polşa təmsilçisi minimal hesabla qalib gəlib. Bu üzdən cavab görüşünə maraq olduqca yüksək olub.
Çempionlar Liqası
1-ci təsnifat mərhələsi, cavab oyunu
Qarabağ (Azərbaycan) - Lex (Polşa) 5:1
Qollar: Kadi Borges, 13, 74, Filip Ozobiç, 40, Kevin Medina, 55, Abbas Hüseynov, 77 - Velde, 1.
Hakimlər: ENDRYU MEDLİ, Daniel Kuk, Harri Leonard, Simon Huper (hamısı İngiltərə).
12 iyul. Bakı. Tofiq Bəhramov adına Respublika stadionu. Saat 20.00
İlk oyun - 0:1.