"Qarabağ"ın rəqibində ayrılıq

6.07.2022 12:22 567
Çempionlar Liqası
"Qarabağ"ın Çempionlar Liqasının 1-ci təsnifat mərhələsindəki rəqibi “Lex” futbolçusu Yan Şikoranı satıb.

"Football-plus.az" xəbər verir ki, 28 yaşlı yarımmüdafiəçi “Viktoriya”ya (Plzen) keçib. Bu barədə Poznan klubunun mətbuat xidməti məlumat yayıb.

Çex futbolçu 2020-ci ildən Poznan klubunun üzvü olsa da, ötən mövsümü adı çəkilən klubda keçirib.