
Çempionlar Liqası
148
6.07.2022, 10:53
"Xarakter göstərdik"
“Lex”in futbolçusu Mixal Skuraş Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində “Qarabağ”ı məğlub etdikləri oyun haqda danışıb.
"Football-plus.az" xəbər verir ki, 22 yaşlı yarımmüdafiəçi 1:0 hesabıyla qələbə qazandıqları qarşılaşmanı şərh edib:
“Qarabağ” ciddi müqavimət göstərirdi. İlk hissədə demək olar bütün nəzarət onlarda idi. Xarakter göstərdik. Hər iki hissədə qapımızda təhlükəli anlar yaşasaq da, qol buraxmadıq. Asan oyun olmadı. “Qarabağ” topa daha çox sahib idi. Bizim də yararlana bilmədiyimiz epizodlar oldu. Bəzən son zərbələrdə ehtiyatsız davrandıq. Müdafiədəki etibarlı oyunumuzun sayəsində fərqlənməyi də bacardıq”.