“Kəpəz” 3 legionerlə güclənir: 2 gürcü, 1 iranlı

3.07.2022 11:17 2 074
Premyer-liqa / Manşet
Yeni mövsümün hazırlığını sürdürən “Kəpəz”in sabahdan “Dalğa Arena”ya sığınacağını xəbər vermişdik.

“Football-plus.az” saytına açıqlama verən “sarı-göylər”in baş nəşqçisi Yaşar Vahabzadə heyəti gücləndirmək yönündə transfer çalışmalarını davam etdirdiklərini, təlim-məşq toplanışının ikinci mərhələsində düşərgəyə 3 legionerin qoşulacağını bildirmişdi. 62 yaşlı mütəxəssis əcnəbilərin adlarını və hansı ölkədən olduğunu bildirməsə də, etibarlı mənbədən əldə etdiymiz məlumata görə, futbolçulardan ikisi Gürcüstandan, biri isə İrandandı.
25 yaşlı Giorgi Kantariya müdafiəçidi. Son klubu “Telavi” olub. Ondan əvvəl, daha dəqiq desək, 2017-21-ci illər aralığında Belarusda legioner həyatı yaşayıb və “Neman”ın uğurları üçün tər töküb. Müdafiəçi karyearası ərzində Gürcüstan U-21-nin də şərəfini qoruyub.

Mate Kvirkviyanın isə son klubu “Qaqra” olub. Karyerası ərzində ancaq Gürcüstan klublarının şərəfini qoruyan sol cinah yarımmüdafiəçisi son mövsümdə 19 oyunda meydana çıxıb. Hesabında 2 qol və 3 məhsuldar ötürmə var.

Peyman Keşavarzini isə azərbaycanlı azarkeşlər yaxşı tanıyır. 2019-cu ildə “Sumqayıt”a gələn müdafiəçi 2020-ci ildə “Səbail”ə üz tutmuşdu. Bir il sonra isə Keşavarzi İrana dönərək “Traktor”la anlaşmışdı.

RƏŞAD

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul