Uzun müddət Uels yığmasındakı funksiyasını yerinə yetirə biməyən Rayan Giqqzin aqibəti yalnız indi müəyyənləşib.
Uels Futbol Assosiasiyası (UFA) milli komandanın baş məşqçisi ilə əməkdaşlığı rəsmən dayandırıb. Xatırladaq ki, Giqqz 2020-ci ilin noyabrında keçmiş sevgilisinə təcavüz etməkdə ittiham olunub. Bu iş üzrə məhkəmənin yaxın vaxtlarda baş tutacağı gözlənilir. UFA istintaq prosesi davam etdiyi müddətdə 48 yaşlı mütəxəssisin yığmanı çalışdırmamasını lazım bilmiş və onun səlahiyyətlərini köməkçisi Robert Peycə həvalə etmişdi.
Milli komandaya AÇ-2020-nin final mərhələsində başçılıq edən Peyc yığmanı böyük ehtimalla bu ilin sonunda Qətərdə keçiriləcək dünya çempionatına da hazırlayacaq.