"Qarabağ" çempion oldu

21.06.2022 09:35 392
Ölkə futbolu
AFFA-nın təşkil etdiyi AFFA U-11 Liqasında 2021/22 mövsümünə yekun vurulub.

"Football-plus.az" xəbər verir ki, Liqanın final qarşılaşmasında “Vətən” komandasının 4:3 hesabı ilə məğlub edən “Qarabağ” mövsümün qalibi adını qazanıb.

Üçüncü yer uğrunda oyunda isə “Sabah” və “Qəbələ” komandaları üz-üzə gəlib. Rəqibi üzərində 3:0 hesablı inamlı qələbə qazanan “bayquşlar” bürünc medallara sahib olub.