AFFA Kone Soumailanı cəzalandırdı

17.06.2022 15:51 406
Ölkə futbolu
AFFA Kone Soumailanı cəzalandırdı

“Football-plus.az” saytının məlumatına görə, toplantıda iki oyunla bağlı qərar qəbul olunub.

11.06.2022-ci il tarixində Həvəskar Liqasının “Çinar Zəngilan-2” – “Alligators” oyununda “Alligators” komandasının “5” nömrəli futbolçusu Nəcəfəli Qasımov qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 47.1).

11.06.2022-ci il tarixində Həvəskar Liqasının “Çinar Zəngilan-2” – “Alligators” oyununda “Alligators” komandasının ehtiyatda olan “9” nömrəli futbolçusu Kənan Sadıxov hakimləri təhqir etidiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 4 oyun cəzalanır (maddə 41.3).

12.06.2022-ci il tarixində Həvəskar Liqasının “Bayıl Rovers” – “Qobustan” oyununda “Bayıl Rovers” komandasının “11” nömrəli futbolçusu Kone Soumaila qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 47.1).