Yalnız onu göndərirlər

17.06.2022 15:14 374
İdman
Ölkəmizi Monqolustanın paytaxtı Ulan-Batorda keçiləcək cüdo üzrə “Böyük dəbilqə” turnirində bir idmançı təmsil edəcək.

“Football-plus.az” saytının məlumatına görə, qadınların mübarizəsində Leyla Əliyeva (48 kq) gücünü sınayacaq.

İyunun 24-26-da baş tutacaq yarışa 30 ölkədən 272 idmançının qatılacağı gözlənilir.