Xorvatiyaya qarşı Millətlər Liqası matçında meydana çıxan Antuan Qrizman Fransa millisinin heyətində 108-ci oyununu keçirib.
"Football-plus.az" xəbər verir ki, oyuna 81-ci dəqiqədə qoşulan 31 yaşlı futbolçu bununla da Zinədin Zidana çatıb. Onlar yığmanın ən çox oyun keçirənləri sırasında 6-cı yerə şərikdi.
Bu göstəricidə rekord Lilian Türama məxsusdu - 142 matç.