UEFA-nın Çempionlar Liqasında müxtəlif göstəricilərdə mövsümün yekunlarına dair paylaşdığı məlumatda bir yanlışlıq diqqət çəkib.
Qurumun rəsmi saytında qeyd olunub ki, ötürmələrin dəqiqlik faizinə görə olan göstəricidə ''Zenit''in hucumameyilli yarımmüdafiəçisi Aleksandr Yeroxin qalib gəlib. Xəbərdə onun 27 ötürməsindən 26-nın dəqiq olduğu və 98 faizlik göstərici ilə hamını üstələdiyi qeyd olunub. Amma məsələ burasındadı ki, 26 27-nin 98 yox, 96 faizidi. Ona görə də bu göstəricidə qalib Erik Qarsiyadı. ''Barselona'' və İspaniya yığmasının mərkəz müdafiəçisinin 203 ötürməsindən 197-si dəqiq alınıb ki, bu da 97 faiz deməkdi. Maraqlıdı ki, UEFA burda da yanlışlığa yol verərək onun göstəricisini 97,5 faiz kimi qeyd edib.
Bundan başqa ''Bavariya''nın ikinci qapıçısı Sven Ulrayxın da ötürmələrinin 97 faizi dəqiq olub. Yeroxin bu mövsüm ''Zenit''in qrup mərhələsində keçirdiyi 6 matçın hamısında iştirak etsə də, bu oyunların heç birində start heyətində meydana çıxmayıb və ümumilikdə cəmi 107 dəqiqə meydanda olub.