"Səbail"dən rəqibinə jest - AÇIQLAMA

19.05.2022 16:13 388
Ölkə futbolu / Manşet
Premyer-liqanın 27-ci turunda çempion “Qarabağ” “Səbail”in qonağı idi. Meydan sahiblərinin futbolçuları Ağdam təmsilçisinə jest etdi.

“Dənizçilər” rəqib üçün “çempionluq dəhlizi” açaraq onları alqışladı. Maraq üçün qeyd edək ki, “köhlən atlar” çempion olandan sonra “Zirə” və “Sumqayıt”la qarşılaşıb. Lakin adı çəkilən komandalar yox, “Səbail” “çempionluq dəhlizi” açdı. Bunun səbəbi nə idi? Sualımızı klubu icraçı direktoru Fərəc Əliyevə ünvanladıq:

“Əvvəlcədən bunu deyim ki, “Qarabağ” çempion olandan sonra hər iki görüşü doğma meydanda keçirmişdi. İlk dəfə idi ki, səfərdə bizimlə qarşılaşırdılar. Bu haqda konkret fikirləşməmişdik. Oyunun başlamasına bir neçə saat qalmış Aftandil müəllimlə məsləhətləşib, belə qərar verdik”.


İLKİN SULTANLI