Vilayət Eyvazov və Əli Nağıyev premyer-liqa matçında

15.05.2022 18:25 2 697
Premyer-liqa / Manşet / Günün xəbəri
Premyer-liqanın 27-ci turunda "Zirə" "Neftçi"ni qəbul edir.

"Football-plus.az" xəbər verir ki, görüşü dövlət rəsmiləri də izləyir.

Daxili İşlər Naziri Vilayət Eyvazov, Milli Təhlükəsizlik Xidmətinin rəisi Əli Nağıyev, "Azərenerji" ASC-nin prezidenti Balababa Rzayev, 1-ci vitse-prezident Mehriban Əliyevanın katibliyinin rəisi Altay Həsənov və "Zirə"nin fəxri-prezidenti Orxan Məmmədov tribunadan qarşılaşmanı seyr edirlər.

Qeyd edək ki, hazırda davam edən matçda hesab açılmayıb - 0:0.