“Sportico”nun yaydığı xəbərə görə, “Leykers”in forvardı Lebron Ceyms dünyanın ən yüksəködənişli idmançısıdı.
37 yaşlı amerikalı basketbolçu ötən il 126,9 milyon dollar qazanıb. 2-ci yerdə 122 milyon dollar qazancla PSJ-nin argentinalı hücumçusu Lionel Messi qərarlaşıb. “Mançester Yunayted”in forvardı Kriştiano Ronaldo Messidən azca geri qalır – 115 milyon dollar. Təbii ki, 7 milyona “azca” demək mümkünsə. İlk “beşliy”ə PSJ-nin hücumçusu Neymar və boksçu Saul Alvares də daxildi.