''Fənərbaxça'' və ''Beşiktaş''ın sabiq yarımmüdafiəçi Sezər Öztürk barədə nəhayət ki, hökm oxunub.
Məhkəmənin qərarı ilə 37 yaşlı sabiq futbolçu 14 il 7 aylıq müddətə həbs cəzasına məhkum edilib! Xatırladaq ki, ötən ilin sentyabrın 19-da Sezər Öztürk ilə Xəlil İbrahim Sholten arasında adi bir yol vermək üstündə münaqişə yaşanmışdı. Sezər ailə üzvlərini evinə qoyduqdan sonra cangüdəni ilə birlikdə qayıdaraq 24 yaşlı Xəlil İbrahimi yaxalamış və onu iki güllə ilə öldürmüşdü.
Hadisə yerində Xəlil İbrahimin atası, qardaşı və 2 dostu da yaralanmışdı. Sezər hadisədən sonra qaçaraq 2 aydan çox hüquq mühafizə orqanlarından gizlənməyə müvəffəq olsa da, noyabrın sonlarında yaxalanmışdı.