Ardıcıl 3-cü dəfə İngiltərə çempionu oldular

10.05.2022 18:17 499
Dünya futbolu
Qadınlar arasında İngiltərə çempionatında əsas suala cavab tapılıb.

Son turda “Mançester Yunayted”ə 4:2 hesabı ilə qalib gələn “Çelsi” çempionluğu rəsmiləşdirib. Yekun turnir cədvəlində “Arsenal”ı bir xal qabaqlayan “zadəganlar” ardıcıl 3-cü dəfə İngiltərə çempionu olublar.

Bu onların ümumilikdə 6-cı çempionluğudu və “Çelsi” bu göstərici üzrə ölkə rekordçusudu. Bu planda ikinci yerdə olan “Arsenal” qızıl mükafatı 3 dəfə qazanıb.