“Zirə”nin futbolçusu Təmkin Xəlilzadə zədə səbəbindən “Qarabağ”la matçı buraxacaq.
Ancaq “qartallar”ın problemi bununla bitmir. Avrokuboklar uğrunda gərgin mübarizə aparan qəsəbə təmsilçisinin əsas qapıçısı Mehdi Cənnətov da sıradan çıxıb. “Qəbələ” ilə matçda komanda yoldaşı Qismət Alıyevlə toqquşan qolkiper 3 həftə yaşıl meydanlardan uzaq qalacaq.
Qeyd edək ki, Cənnətovun mövsümü bitirmək təhlükəsi var.
SƏNƏM FƏRHADOVA