Azərbaycan Yelkənli İdman Federasiyasının hesabat-seçki konfransı olacaq

25.04.2022 20:19 563
İdman
Azərbaycan Yelkənli İdman Federasiyasının hesabat-seçki konfransı olacaq.

Sabah - aprelin 26-da keçiriləcək tədbir Gənclər və İdman Nazirliyinin inzibati binasında baş tutacaq.

Konfrans saat 12:00-da başlayacaq. Yığıncaqdan dərhal sonra mətbuat konfransı təşkil ediləcək.

Qeyd edək ki, hazırda Yelkənli İdman Federasiyasına Dövlət Dəniz Agentliyinin direktoru Qüdrət Qurbanov rəhbərlik edir.