"Bu məğlubiyyəti gözləmirdim" - "Şamaxı"nın məşqçisi

24.04.2022 21:22 547
Premyer-liqa
Premyer-liqanın 24-cü turunun "Sabah" - "Şamaxı"(5:1) matçından sonra qonaq komandanın baş məşqçisi Rüstəm Əliyev oyundan sonra mətbuat konfransında iştirak edib.

O, komandasının məğlubiyyətini dəyərləndirib:

"Açığı bu cür məğlubiyyət gözləmirdik. Komandaya bir həftədi ki, baş məşqçi təyin olunmuşam. Futbolçularla söhbətimiz olmuşdu. Həftəiçi futbolçular canla-başla məşqlərini davam etdirdilər, oyuna hazırlaşmışdıq. Komandadan qələbə, ən pis vəziyyətdə heç-heçə gözləyirdim. Amma acı məğlubiyyətlə üzləşdik. "Sabah" həqiqətən yaxşı komandadı. Murad Musayev gəldikdən sonra böyük dəyişikliklər olub, avrokuboklara oynayırlar. Hər şey də göz qabağındadı".