• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Bizimkilərin bəxti gətirmir? - KÖŞƏ

Ölkə futbolu / Manşet

24-04-2022, 13:0

Vaqif Cavadovun Qazaxıstandakı günləri başa çatdı.

Böyük ümidlərlə yola saldığımız həmyerlimiz gözləniləndən xeyli tez vətənə qayıtdı. Artıq işsiz mütəxəssislər sırasındadı. Onsuz da işsiz futbol məşqçilərimizin sırası xeyli genişdi. Təəssüf ki, təkcə nisbətən yaşlılar, veteran sayılanlar yox, gənclər də işsiz qalır. Azərbaycanın futbol ailəsi xeyli kiçikdi. Premyer-liqada cəmi 8 klub mübarizə aparır. Onların da ikisinin “sükanı arxasında” əcnəbilər dayanıb. Deməli, belə futbol mühitində yerli mütəxəssislərin özünə iş tapması xeyli çətindi. Sərhədlərimizdən kənarda da bizimkilərə ehtiyac duyulmur. Baxmayaraq ki, rus və türk dillərində sərbəst danışırlar, onlarla anlaşmaqda çətinlik çəkmirlər. Amma Qərbi Avropa ölkələrini bir tərəfə qoyuram, heç Rusiya ilə Türkiyədə də azərbaycanlılara ehtiyac yoxdu. Nə futbolçu, nə də məşqçi kimi.

Bu səbəbdən də Vaqif Cavadov Qazaxıstana yollananda, “Turan”ın məşqçilər korpusuna daxil ediləndə xeyli sevinmişdik. Hətta bu gedişlə bağlı yazı qələmə almış, Cavadovun vaxtilə “Atırau”da çalışan Ramiz Məmmədovun səhvlərini təkrarlamayacağına ümidimi ifadə etmişdim. Düzdü, gənc mütəxəssis heç bir səhvə yol vermədi. Di gəl ki, “Turan”ın nəticələri yaxşı olmadı. Belədə Vladimir Qazzayev də Çimkənd təmsilçisi ilə yollarını ayırdı. Bəli, bu ayrılığa səbəb kimi komandanın nəticələri yox, çalışdırıcının ailəsindəki problemlər göstərilir. Amma biz belə hallarla dəfələrlə rastlaşmışıq. Məgər bir neçə ay əvvəl Qazaxıstan klubunun təklifinə “hə” deyəndə Qazzayev evindən uzaqlaşacağını bilmirdi? Məşhur məşqçinin oğlu “Turan”da istədiyini tapa bilmədi. Vaqifin açıqlamalarından belə başa düşülür ki, çalışdırıcı istədiyi heyəti qura bilməyib. Onun bəyəndiyi futbolçuların viza problemi klubun məsuliyyətli şəxsləri tərəfindən həll olunmayıb. Belədə “Turan” çempionata Antalyada hazırlaşdığı heyətlə qatıla bilməyib. Bu səbəbdən də nəticələr gözləniləndən xeyli pis olub. Klubla məşqçi də belə razılığa gəlib ki, gənc Qazzayevin gələcək karyerasına “uğursuz məşqçi” damğası vurmamaq üçün yolların ailə problemlərinə görə ayrıldığını desinlər.

Rusiyalı mütəxəssisin Qazaxıstan klubundan ayrılmasının zərbəsi bizə dəydi. Belə ki, “Turan”a Qazzayevlə birlikdə yollanan Vaqif Cavadov onunla da getməyə qərar verib. Hər halda, futbolda yazılmamış, amma qəbul olunmuş qaydalardan biri də budu. Kluba kimlə gəlmisənsə, onunla da getməlisən. Ümid edək ki, Valeri Qazzayev nə vaxtsa özünə iş yeri tapanda Vaqifin bu addımını da dəyərləndirəcək, gənc azərbaycanlı mütəxəssisi də yenidən yanına çağıracaq. Ona qədər isə Cavadov Azərbaycanda başını girələmək üçün axtarışda olacaq. Daha pisi odu ki, “Turan”dakı həmyerlimiz təkcə Vaqif deyildi. Məhz onun vasitəçiliyi ilə qapıçı Emil Balayev “Qarabağ”dan ayrılıb, “Turan”a yollanmışdı. Özü də Qazaxıstan Balayev üçün yad məkan deyil. Həmyerlimiz bir müddət əvvəl Kostanay “Tobol”unun heyətində xeyli uğurlu çıxış etmiş, Qazaxıstan çempionatına möhürünü vurmağı bacarmışdı. Onun xeyli müddət davam edən “quru” seriyası qonşu ölkənin idman mətbuatının manşetlərini bəzəyirdi. Çox təəssüf ki, davamı gəlmədi. “Tobol”a erməni məşqçinin gəlişi ilə Emil Azərbaycana qayıtdı.

Hərdən düşünürəm ki, bizimkilərin ölkə xaricində bəxti gətirmir. Balayevin ən yaxşı vaxtlarında “Tobol” erməniylə anlaşdı. İndi də Vaqiflə Emil “Turan”da özünə yer etməyə çalışanda Valeri Qazzayev ordan ayrıldı. Tərs kimi Emil “Turan”ın düşərgəsində zədələnib, bir müddət məşqlərdən uzaq qaldı və meydana çıxmağa macal tapmadı. Belədə onun özünü göstərməyə, “çərçivə”də dayanmağa layiq olduğunu isbatlamağa da imkanı olmadı. Bundan sonra necə olacaq? “Turan”ı çalışdıracaq yeni mütəxəssis azərbaycanlı qapıçıya etimad göstərəcəkmi, yoxsa onu sıxışdırıb, komandadan uzaqlaşdırmağa çalışacaq? Belə sualların sayı çoxdu, amma biz onları cavablamağa çətinlik çəkirik. Dəqiq bildiyim odu ki, bundan sonra Azərbaycandan xaricə yollanan futbol mütəxəssislərimizə, futbolçularımıza bir qədər bəxt də arzulamalıyıq. Bəxtsiz olmur, alınmır!


AMAL

Paylaş:
Digər xəbərlər

Ölkə futbolu / Manşet

2-06-2022, 15:0

Vaqif Cavadovun yeni iş yeri bəlli oldu – ÖZÜ AÇIQLADI

Aktual / Manşet

16-04-2022, 23:0

Vaqif Cavadov Bakıya dönüb

Ölkə futbolu

14-04-2022, 11:0

Vaqif Cavadov Qazaxıstan klubundan ayrıldı

Aktual
“Dünənki hesab aldadıcı ola bilər” – Fərid Namazov
“Cəzanın aradan qaldırılması fərdi şəkildə edə biləcəyim məsələ deyil” - Nurlan İbrahimov hardadı?
"Turan Tovuz" üçün yeni sponsor - "Peak Eye" kluba 2 milyon dollar ayıracaq!
“Zaqatala”nın fəaliyyətini davam etdirməsi üçün böyük fədakarlıq lazımdı” – bölgə klubu acınacaqlı durumda
“Orhus” ev oyunu üçün bütün biletləri satdı – “Sabah”ı dolu tribunalar gözləyir
13 yaşlı futbolçunun ölümünün komanda ilə əlaqəsi yoxdu
Son xəbərlər
  • Dünən, 23:25
    "Siz daha güclü və dinamik "Turan Tovuz"u görəcəksiniz" - Ehtiram Quliyev
  • Dünən, 23:07
    “Dünənki hesab aldadıcı ola bilər” – Fərid Namazov
  • Dünən, 22:59
    “Cəzanın aradan qaldırılması fərdi şəkildə edə biləcəyim məsələ deyil” - Nurlan İbrahimov hardadı?
  • Dünən, 22:12
    "Oyuna həqiqətən də çox ciddi və yaxşı hazırlaşmışıq" - Valdas Dambrauskas
  • Dünən, 21:36
    "Bizi güclü rəqib gözləyir" - "Orhus"un baş məşqçisi
  • Dünən, 21:15
    “Qurban Qurbanov meydana çıxmaq üçün hazırlaşmasını istəmişdi, lakin...” – Bəhlulun qayıdışına nə mane olub?
  • Dünən, 20:51
    "Şamaxı" "Qəbələ"yə qalib gəldi
  • Dünən, 20:15
    Almaniyaya qayıtdı
  • Dünən, 19:46
    "Turan Tovuz" üçün yeni sponsor - "Peak Eye" kluba 2 milyon dollar ayıracaq!
  • Dünən, 19:26
    "Zaqatala"nın baş məşqçisi açıqlandı
  • Dünən, 19:00
    “Zaqatala”nın fəaliyyətini davam etdirməsi üçün böyük fədakarlıq lazımdı” – bölgə klubu acınacaqlı durumda
  • Dünən, 18:28
    İtaliyadan Belçikaya üz tutdu
  • Dünən, 17:57
    “Orhus” ev oyunu üçün bütün biletləri satdı – “Sabah”ı dolu tribunalar gözləyir
  • Dünən, 17:36
    Bu 3 futbolçu ''Bavariya''ya lazım deyil - onlar arasında sabiq ''Qalatasaray''lı da var
  • Dünən, 17:05
    Türkiyəli qapıçı karyerasını İspaniyada davam etdirə bilər
  • Dünən, 16:34
    1-ci liqada püşkatma mərasimi keçirildi
  • Dünən, 16:12
    Hamını arxada qoydu
  • Dünən, 15:41
    Elvin Yunuszadə Türkiyə klubunda - RƏSMİ
  • Dünən, 15:05
    "İmişli"dən yeni transfer
  • Dünən, 14:40
    "Karvan-Yevlax"da ayrılıq
  • Dünən, 14:19
    "Neftçi" seçim qarşısındadı: ağ, yoxsa qara?
  • Dünən, 13:58
    13 yaşlı futbolçunun ölümünün komanda ilə əlaqəsi yoxdu
  • Dünən, 13:27
    Romadan Milana üz tuta bilər
  • Dünən, 12:56
    “Əl-Karaitiyat”ın “Kəpəz”lə oyunu niyə ləğv olundu?
  • Dünən, 12:35
    “Bu gün verilən ən doğru qərarlardan biridi” - “APL Fantasy” azarkeş sayına necə təsir edəcək?
  • Dünən, 12:14
    "İmişli" Ronaldo ilə vidalaşdı
  • Dünən, 11:46
    "Xankəndi"dən növbəti transfer
  • Dünən, 11:25
    “Zirə”: nə oldu birdən-birə? - nə baş məşqçi səhvlərini etiraf etdi, nə də futbolçular...
  • Dünən, 11:07
    Qurban Qurbanovun mətbuat konfransı Bakıda olacaq
  • Dünən, 10:52
    "Neftçi" "Sumqayıt"la oyun üçün hazırlığa başladı
  • Dünən, 10:30
    Nərimanın Türkiyə klubu ilə müqaviləsinin detalları
  • Dünən, 10:09
    Nəriman "Ərzurumspor"da çıxış edəcək - RƏSMİ
  • Dünən, 10:00
    Salibanı kim əvəz edəcək?
  • 3-08-2026, 23:0
    Doğma klubuna qayıtdı
  • 3-08-2026, 23:0
    Gözlənilən təyinat rəsmiləşdi
Daha çox
Oxunub: 360
Qurban Qurbanovdan Sofiya səfəri ilə bağlı gözlənilməz qərar – o, qələbənin açarını tapıb?
Oxunub: 222
“Bu səbəbdən ona oyunlarda şans vermirəm” – Abbas Hüseynovun taleyi bəlli oldu
Oxunub: 179
Koxalski, sən nə etdin? – getmək istəyirsən, bəhanəsiz get!
Oxunub: 167
“Gün gələcək, bu məsələnin əsl mahiyyətini bütün ictimaiyyət biləcək” - Bayrampurla bağlı sərt açıqlama
Oxunub: 99
ÇSKA-da taktiki sxem və heyət dəyişikliyi – fərqli oyun, yoxsa tələ?
Oxunub: 92
Bir gecədə üç sillə! – inkişaf nağılları bitdi
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə