Şumaherin daha bir maşını satılacaq

22.04.2022 10:32 405
İdman
Vaxtilə Mihael Şumaherin sürdüyü “B192” bolidi Fransada keçiriləcək, “Tour Auto-2022” adlanan idman avtomobillərinin yarışı ərəfəsində hərraca çıxarılacaq.

Əfsanəvi alman pilot “Formula-1” çempionatında keçirdiyi ilk mövsümün bir neçə yürüşündə bu maşının sükanı arxasında olub. “B192” konkret 1992 mövsümünün üç mərhələsində (Şumaher iki dəfə 3-cü, bir dəfə 4-cü yeri tutub) iştirak edib, beş mərhələsində ehtiyat maşın olub.

“Tour Auto-2022” 1951-73-cü illər aralığında istehsal olunan idman maşınlarının iştirakı ilə keçiriləcək, Parisdən Andorraya qədər davam edəcək. Bildiyiniz kimi, əvvəllər də Şumeherin bir neçə bolidi hərraca çıxarılıb.