Mahir rəmzi heyətdə yer aldı - FOTO

17.04.2022 18:31 400
Ölkə futbolu
Mahir Emreli Xovatiya liqasında 31-ci turun rəmzi komandasına seçilib.

"Football-plus.az" saytının məlumatına görə, 25 yaşlı hücumçunun doğma meydanda "İstra"ya qarşı keçirilmiş matçdakı (3:0) çıxışı 7,7 xalla qiymətləndirilib.

Millimizin hücumçusu ilə yanaşı, komanda yoldaşı Mislav Orşiç də ən yaxşı "11-liy"ə düşüb.

Qeyd edək ki, Mahir Emreli "İstra" ilə görüşün 50-ci dəqiqəsində komandasının sonuncu qolunu vurub.

Mahir rəmzi heyətdə yer aldı