Pley-off oyunlarının tarixi açıqlandı

16.04.2022 00:34 295
Dünya futbolu
DÇ-2022-nin seçmə turnirinin pley-off mərhələsinin təxirə salınan matçlarının tarixi açıqlanıb.

Şotlandiya və Ukrayna yığmaları arasında Qlazqoda keçiriləcək yarımfinal oyunu iyunun 1-ə təyin olunub. Bu cütün qalibi ilə Uels arasında Kardiff şəhərindəki final isə iyunun 5-də keçiriləcək.

Bu matçlardan sonra Avropa regionundan DÇ-2022-nin sonuncu iştirakçısı məlum olacaq.