Gəncədə yeni meydanların inşasına başlanıldı

15.04.2022 09:12 685
I liqa
Gəncə şəhər stadionunda standart ölçülərə uyğun iki meydanın salınması üçün işlərə start verilib.

Bu barədə "Kəpəz" klubunun mətbuat xidməti məlumat yayıb.

Meydanlar təbii ot örtüklü olacaq. Hazırda ərazinin təmizlənməsi işləri görülür.