"Bavariya" Levandovski ilə bağı qərar verdi

13.04.2022 15:46 420
Dünya futbolu
"Bavariya"nın icraçı direktoru Oliver Kan mətbuatda müxtəlif söz-söhbətlərin yayılmasına baxmayaraq, Robert Levandovskinin bu yay klubu tərk etməyəcəyini bildirib.

“Football-plus.az” saytının məlumatına görə, almaniyalı mütəxəssis polşalı hücumçunun mövsümün sonunda “Barselona”ya keçəcəyi ilə bağlı xəbərləri təkzib edib:

"Sanki Levandovski haqda “kim ən böyük cəfəngiyyatı uyduracaq”, - deyə bir müsabiqə var. Robert növbəti mövsümdə də bizimlə birlikdə olacaq. Çünki onun müqavilə müddəti 2023-cü ilin yayında bitir. Leva ən azı o tarixədək bizimlə oynayıb minimum 40 qol vuracaq”.