Renatın komandası qalib gəldi

3.04.2022 23:17 400
Ölkə futbolu
Portuqaliya çempionatında 28-ci turunun oyunları keçirilib.

"Football-plus.az" saytının məlumatına görə, Renat Dadaşovun çıxış etdiyi "Tondela" "Maritimo" ilə üz-üzə gəlib və matçdan 3:1 hesablı qələbə ilə ayrılıb.

Millimizin hücumçusu bu oyunda iştirak etməyib. .

Qeyd edək ki, "Tondela" 28 turdan sonra 25 xalla 16-cı pillədə qərarlaşıb.