Dünyanın kişi və qadın tennisçilərinin ənənəvi həftəlik reytinqi açıqlanıb.
Peşəkar Tennisçilər Assosiyasnın (ATP) sıralamasında əvvəlki kimi serb Novak Cokoviç liderlik edir. 2-ci yerdə Daniil Medvedev, 3-cü yerdə Rafael Nadalı sıxışdıran Aleksandr Zverev qərarlaşıb.
ATP reytinqi
1 (1*). Novak Cokoviç (Serbiya) 8465
2 (2). Daniil Medvedev (Rusiya) 8410
3 (4). Aleksandr Zverev (Almaniya) 7195
4 (3). Rafael Nadal (İspaniya) 7115
5 (5). Stefanos Sisipas (Yunanıstan) 5980
6 (6). Matteo Berrettini (İtaliya) 4945
7 (8). Kasper Ruud (Norveç) 4380
8 (7). Andrey Rublev (Rusiya) 4375
9 (9). Feliks Oje-Alyassim (Kanada) 3625
10 (12). Kemeron Norri (B.Britaniya) 3440
* - əvvəli reytinqdəki yerini göstərir.
Qadın Tennis Assosiasiyasının (WTA) siyahısında önəmli dəyişiklik baş verib. Aprelin 2-də Mayami turnirinin finalında yaponiyalı Naomi Osakanı məğlub etməklə (6:4, 6:0) 2022-də ardıcıl 3-cü titulunu qazanan polşalı tennisçi liderliyi ələ keçirib. 20 yaşlı idmançının zirvədə qərarlaşması həm də avstraliyalı Eşli Bartinin karyerasını bitirməsi ilə bağlıdı. Çexiyalı Barbora Kreyçikova 2-ci pilləyə yüksəlib, 3-cü pillədə isə ispan Paola Badosa yer alıb.
WTA reytinqi
1 (2). İqa Sventek (Polşa) 6711
2 (4). Barbora Kreyçikova (Çexiya) 4975
3 (6). Paola Badosa (İspaniya) 4970
4 (3). Mariya Sakkari (Yunanıstan) 4705
5 (5). Arina Sobolenko (Belarus) 4657
7 (8). Karolina Plişkova (Çexiya) 4197
8 (11). Daniel Kollins (ABŞ) 3151
9 (9). Qarbinye Muqurusa (İspaniya) 3070
10 (10). Ons Jaber (Tunis) 2975
Sventek reytinqdə zirvəyə yüksəlməsinə belə reaksiya verib:
“Mayamidən sonra qərar verdim ki, Eşli karyerasını bitirməsəydi də belə, bəlkə bu baş verəcəkdi. Onun dünyanın ən yaxşı tennisçisi olduğunu bilirdim. Eşliyə qarşı oynayanda anlayırdım ki, hələ böyüməliyəm. Fikrimcə, məhz o bu vaxt 1 nömrə olmalıydı. Mən hələ gəncəm. 10 ildən artıq tennis oynayan həmkarlarımın 1 nömrə olmaq şansı qazanmadıqlarını da bilirəm”.
Sventek Bartinin karyerasını bitirməklə bağlı qərarını göz yaşı ilə qarşılayıb:
“Eşlinin gedişi üzündən 40 dəqiqə ağladım. Çox təəccübləndim, nəyin baş verdiyini bilmirdim. Onun qərarını anlamaq üçün mənə bir müddət lazım gəldi. Eşli cəsur qərar verib”.