Gənc futbolçular qeyri-idman hərəkətlərinə görə AFFA tərəfindən cəzalandılar

18.03.2022 15:40 645
Ölkə futbolu
AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

Qurum Gənclər Liqasının son turu ilə bağlı aşağıdakı qərarları qəbul edib.

10.03.2022-ci ildə “Sabah” – “Qarabağ” oyununda qonaqların 13 nömrəli futbolçusu Riyad Məmmədov qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 47.1).

10.03.2022-ci ildə Gənclər Liqasının “Sabah” – “Qarabağ” oyununda meydan sahiblərinin 5 nömrəli futbolçusu Hüseyn Məmmədzadə qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 47.1).

13.03.2022-ci ildə U-17 Liqasının “Turan Tovuz” – “Neftçi” oyununda qonaqların 11 nömrəli futbolçusu Vüqar Əlizadə qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 47.1).