Region Liqasında final matçının keçiriləcəyi stadion bəlli olub.
Etibarlı mənbədən aldığımız məlumata görə, həlledici qarşılaşma Şamaxı şəhər stadionunda baş tutacaq. Amma tarix hələ ki bəlli deyil.
Qeyd edək ki, Region Liqasında 1/4 final cütləri bəllidi. Qarşılaşmalar aprelin 16-17-da keçiriləcək:
"Xan Lənkəran" - "Füzuli"
"Cəbrayıl" - "Energetik"
"Ağsu Siti" - "Qusar"
GÜNAY VƏLİYEVA