"Yeganə 3 qat dünya çempionu olmağım təsadüf deyil" - Hacı Əliyev

5.04.2022 11:12 604
İdman
Sərbəst güləş üzrə 3 qat dünya və Avropa çempionu Hacı Əliyev şəxsi "instaqram" hesabında paylaşım edib.

"Football-plus.az" saytının məlumatına görə, idmançı bu uğuru qazanmaq üçün illərini həsr etdiyini vurğulayıb:

"Azərbaycanın güləş tarixində yeganə 3 qat dünya çempionu olmağım təsadüf deyil, bunun üçün illərimi, gəncliyimi, ömrümü vermişəm. Bu tarixi yeniləmək üçün uzun illər lazımdı. Paris-2024 Yay Olimpiya Oyunlarınadək bu tarixi özüm də dəyişə bilərəm".



Qeyd edək ki, Hacı Əliyev bir neçə gün öncə Macarıstanda keçirilən Avropa çempionatının finalında məğlub olaraq gümüş medal qazanıb.