1-ci liqanın oyunları keçirildi

4.04.2022 11:00 455
İdman
Aprelin 3-də kişi voleybolçular arasında Azərbaycan 1-ci liqasında pley-off mərhələsinin ilk oyunları keçirilib.

Günün ilk matçı “Murov-2” və “Azərbaycan Ali Hərbi Məktəb” komandaları arasında olub– 2:3. (21:25, 25:17, 27:18, 24:26,15:10)

Günün ikinci yarım final matçında “Təhsil” “Masallı” ilə qarşılaşıb. Bu görüşdə qalib üç hissədə müəyyən olunub. Rəqibini hər üç setdə 25:19, 25:23, 26:24 məğlub edən “Təhsil” finala vəsiqə qazanıb.

Birinci yer uğrunda “Azərbaycan Ali Hərbi Məktəb” “Təhsil” ilə, 3-cü yer uğrunda isə “Murov-2” və “Masallı” münasibətinə aydınlıq gətirəcək.

Final matçları aprelin 10-da təşkil oluncaq.