Renatın komandası bərabərə qaldı

20.03.2022 10:00 538
Ölkə futbolu
Porrtuqaliya çempionatında 27-ci turun oyunları keçirilib.

"Football-plus.az" saytının məlıumatına görə, Renat Dadaşovun çıxış etdiyi "Tondela" "Aroka" ilə üzə gəlib və matçdan 2:2 hesablı bərabərliklə ayrılıb.

Millimizin hücumçusu da bu görüşün iştirakçısı olub. O, 8-ci dəqiqədə zədələnən Daniel Anjosunu əvəzləyib..

Qeyd edək ki, “Tondela” hazırda 22 xalla 18 komanda arasında 16-cı pillədə qərarlaşıb.